ABŞ ordusunun 66 il əvvəl itirdiyi atom bombası tapılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, atom bombası Kanadanın Hayda-Quai arxipelaqının yaxınlığında dənizin dibindən tapılıb. Belə ki, dalğıc Şon Smiriçinski dənizin dibində 1950-ci ildə Amerika ordusunun itirdiyi “Mark 4” atom bombasını aşkar edib.
Qeyd edək ki, 1950-ci ildə ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus B-36 bombardman təyyarəsi qəzaya uğrayıb. Hər iki mühərriki göydə olarkən alışmış təyyarənin pilotları bombanı Sakit okeana atmaq qərarı veriblər və katapultla canlarını qurtarıblar.
Modern.az