Modern.az

HDP ilə əlaqəli iki təşkilat rəhbəri tutulub

HDP ilə əlaqəli iki təşkilat rəhbəri tutulub

5 Noyabr 2016, 22:57

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) ilə bağlı araşdırmalar davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, HDP ilə əlaqəli iki kürd təşkilatının liderləri saxlanılıb. Məlumata görə, bu gün Regionların Demokratik Partiyası (RDP) həmsədri Səbahət Tüncəl və Demokratik Cəmiyyət Konqresinin həmsədri Leyla Güvən saxlanılıb. 

 

Qeyd edək ki,  Regionların Demokratik Partiyası HDP ilə əlaqəlidir və faktiki olaraq onun regional qoludur. Partiya ölkənin cənub-şərqində bir neçə bələdiyyə və bələdiyyə şurasında təmsil olunub.

 

Demokratik Cəmiyyət Konqresi kürd ictimai hərəkatlarını birləşdirən ictimai təşkilatdır.

 

Qeyd edək ki, noyabrın 4-nə keçən gecə Türkiyədə Demokratik Cəmiyyət Konqresi həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksək daxil olmaqla partiya üzvü olan 12  millət vəkili saxlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil