Modern.az

“Mübarizə son terrorçu zərərsizləşdirilənədək davam edəcək” - Hulusi Akar

“Mübarizə son terrorçu zərərsizləşdirilənədək davam edəcək” - Hulusi Akar

Aktual

5 Noyabr 2016, 23:14

“Mübarizəmiz Türkiyədə ən son terrorçunu zərərsizləşdirənə qədər davam edəcək”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının rəhbəri general Hulusi Akar bildirib.

Şəhid Alpər Qocamanın ailəsini ziyarət edən Hulusi Akar vurğulayıb ki, tək hədəfləri  terrorçulardır: “Dinc vətəndaşımızın ölkə daxilində və xaricində bir dırnağına belə zərər gəlməməsi üçün hər cür tədbir görmüşük”.

 

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatının 74-cü günündə türk hərbçi Alpər Qocaman şəhid olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi