İran Türkiyəyə elektrik enerjisi verilməsini dayandırır. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İranın energetika nazirinin müavini Huşənq Felahetiyan açıqlama verib.
Nazir müavini bildirib ki, Türkiyənin İrana 200 milyon dollar borcu var: “Artıq məsələ ilə bağlı danışıqlar başlayıb. Borcların ödənməsi ilə bağlı təminat olacaqsa, elektrik satışına yenidən başlanıla bilər”.
Modern.az