Modern.az

İraqda terror: 39 nəfər ölüb (YENİLƏNİB)

İraqda terror: 39 nəfər ölüb (YENİLƏNİB)

6 Noyabr 2016, 13:35

İraqın Tikrit şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 40 yaralı var.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze bomba yüklü avtomobili səhər saatlarında şəhərin cənub girişində, hərəkətin pik nöqtəsində olduğu vaxt partladıb.

 

Tikritdə komendant saatı elan edilib, yeni terror aktlarının mümkünlüyü ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

 

 

****

 

İraqın Tikrit şəhərində canlı bomba özünü partladıb.

 Modern.az “Reuters”-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 11 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Hücum zamanı partlayıcı ilə yüklənmiş təcili yardımdan istifadə edilib. Yeni hücumların ola biləcyi barədə məlumat alan təhlükəsizlik qüvvələri, şəhərdə küçəyə çıxma qadağası elan edildiyini bildirib.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil