Modern.az

Klinton Trampdan 5 faizlə irəlidədir

Klinton Trampdan 5 faizlə irəlidədir

6 Noyabr 2016, 14:28

ABŞ-da keçiriləcək prezident seçkilərinə çox qısa müddət qalır. Prezidentliyə namizəd olan Hillari Klinton, Washington Post qəzetinin və ABC News televiziyasının keçirdiyi sorğuya əsasən, Donald Trampı 5 faiz qabaqlayır.

Modern.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sorğuya əsasən 48 faiz seçici Klintona səs verməyə hazır olduğunu bildirib, 43 faiz isə Trampa səs verməyə.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-i keçiriləcək.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil