Modern.az

Manyak fermer 7 nəfəri öldürüb

Manyak fermer 7 nəfəri öldürüb

6 Noyabr 2016, 15:02

Cənubi Karolinadakı fermasında qadını zəncirləyərək saxlayan 45 yaşlı amerikalı Todd Kolhepp saxlanıldıqdan sonra 13 il boyunca törətdiyi cinayətlərdən danışıb.

 

Modern.az xəbər verir ki, o 2003-cü ildə fermasının yaxınlığındakı Çizni qəsəbəsindəki mağazada 4 nəfəri güllələdiyini boynuna alıb. O, hətta sonradan iki nəfəri öldürüb öz malikanəsinin ərazisində basdıqdığı yeri də göstərib.

 

Onun sonuncu qurbanı, odlu silahdan açılan bir neçə atəş nəticəsində öldürdüyü 32 yaşlı Çarlz Karver Kolheppdəki fermada tapılıb.

Karver və onun 30 yaşlı qız dostu Kala Braun avqust ayından itkin düşmüş sayılırdı. İnformasiya ilə bağlı yoxlama aparan polslər Kolheppdəki fermaya gələndə qışqırıq və döyülmə səsi eşidiblər. Onlar bu səsi eşidərək metal qapısı qıfıllı konteynerə yaxınlaşıblar. Konteynerin içərisində boğazından zənfirlənənən Kala Braun aşkarlanıb.

 

Braunun sözlərinə görə, fermer dostunu onun gözü qarşısında güllələyib.

Araşdırma zamanı Kolheppin əvvəllər seksual cinayətlərə görə günahlandırıldığı da üzə çıxıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil