Bu gün Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, görüş ABŞ tərəfinin təşəbbüsu ilə baş tutub.
Görüşdə İraqın Mosul şəhərində terrorçulara qarşı aparılan əməliyyatlarla bağlı müzakirə aparılıb. Həmçinin, Suriyanın Rakka şəhərinin İŞİD silahlılarından azad edilməsi və Kürd Fəhlə Partiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
17:54
Bu gün ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford Türkiyəyə rəsmi səfərə gəlib.
Modern.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, J. D. türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.
Modern.az