Modern.az

Avropalılar uçan taksilərdə gəzəcəklər

Avropalılar uçan taksilərdə gəzəcəklər

6 Noyabr 2016, 20:01

Avropanın iri aerokosmik korporasiyası Airbus Group Vahana layihəsi çərçivəsində uçan taksilərin yeni modelini təqdim edib.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu taksilər 2020-ci ildə istifadəyə buraxıla bilər.

 

Pilotsuz aparat yük və bir sərnişin daşıya biləcək. Bu taksilərin istənilən uyğun yerdə eniş edə bilmək imkanı da olacaq.

Hava gəmisi xüsusi eniş şassisi və iki dəst dönüş qanadı ilə təchiz olunub.

 

Airbus dəstəsinin icraçı direktoru Rodin Lyasoff deyib ki, özü idarə olunan təyyarə avtomatik olaraq öz yolundakı maneələri və digər uçuş aparatlarını müəyyən etmək qabiliyyətinə malikdir.

 

Airbus 2017-ci ildə uçan taksinin 2017-ci ildə sınaqdan keçirəcək, ilk məhsul isə 2020-ci ildə buraxılacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil