Modern.az

Avropada İŞİD-lə əlaqəli 20 nəfər həbs edilib

Avropada İŞİD-lə əlaqəli 20 nəfər həbs edilib

6 Noyabr 2016, 21:10

Albaniya, Makedoniya və Kosovoda İŞİD terror qruplaşması əleyhinə keçirilmiş əməliyyat zamanı 20 nəfər həbs edilib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Albaniyanın Baş Polis İdarəsi xəbər yayıb.

Məlumatda bildirilir ki, əməliyyatı Albaniyanın Terrorizmə Qarşı Polis Departamenti Tiranada, Şkoderdə, Debrdə və Elbasanda keçirib. Əməliyyat zamanı Albaniyada 4 nəfər həbs edilib.

Həbs edilənlər terror qruplaşması ilə əlaqədə, həmçinin İŞİD-ə maddi dəstək verməkdə ittiham olunurlar. Albaniya Prokurorluğu faktı ağır cinayət işi kimi araşdırır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil