Modern.az

Klinton Fondu Qətərdən 1 milyon dollar qəbul edib

Klinton Fondu Qətərdən 1 milyon dollar qəbul edib

6 Noyabr 2016, 21:24

Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar qəbul edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu, bu ilin oktyabrında “WikiLeaks” saytında “Clinton Foundation” əməkdaşının bir yazışmasının dərc olunmasından sonra məlum olub.

Məlumata görə, ABŞ-ın sabiq prezidenti Bil Klinton və demokratların prezidentliyə namizədi Hillari Klintonun xeyriyyə fondu olan bu təşkilat Qətər hakimiyyətindən 1 milyon dollar qəbul  etdiyini və bu barədə Dövlət Departamentini xəbərdar etmədiyini etiraf edib.

“Clinton Foundation” əməkdaşı yazışmasında qeyd edib ki, Qətər təmsilçiləri 2012-ci ildə Nyu-Yorkda B. Klintonla görüşmək istədiklərini və 2011-ci ildə ad günü münasibəti ilə vəd edilən 1 milyon dollarlıq çeki ona vermək istədiklərini bildiriblər.

 Telekanalın məlumatına görə, Klinton Fondu Dövlət Departamentini məlumatlandırmadan 1 milyon dolları Qətər hakimiyyətinin hədiyyəsi kimi qəbul etdiyini etiraf edib. Federal Təhqiqat Bürosu (FTB) Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır. FTB Klinton Fondunun pul müqabilində xidmət göstərib-göstərmədiyini, bu yardımın həmin dövrdə dövlət katibi olan H. Klintonla bağlı olub-olmadığını üzə çıxarmağa çalışır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil