Nigeriya ordusu "Boko Haram"a qarşı növbəti əməliyyat keçirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı ölkənin şimal-şərqində 85 nəfəri radikal "Boko Haram" silahlılarının girovluğundan azad edib.
Məlumata görə, əməliyyat zamanı təhlükəsizlik qüvvələri 5 silahlını məhv ediblər.
Qeyd edək ki, girovluqdan azad edilənlərin əksəriyyəti qadınlar və uşaqlardır.
Modern.az