Modern.az

İsrail öz qazının Avropaya TANAP-la nəql edə bilər

İsrail öz qazının Avropaya TANAP-la nəql edə bilər

6 Noyabr 2016, 23:02

İsrail öz qazının Avropaya Transanadolu boru kəməri (TANAP) vasitəsilə nəql olunması barədə düşünür. Modern.az saytı  Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. Səfir bu variantın onlar üçün maraqlı olduğunu bildirib.

 

D.Stav xatırladıb ki, ötən ay İsrailin energetika naziri Yuval Ştaynits Ankaraya səfəri zamanı İsrail qazının TANAP vasitəsilə nəql olunması məsələsini türkiyəli həmkarı Bərat Albayrakla müzakirə edib.

 

Səfirin sözlərinə görə, İsrail TANAP və TAP qaz kəməri layihələrinin reallaşdırılmasını yaxından izləyir.

 

D.Stav onu da qeyd edib ki, İsraillə Türkiyə arasında münasibətlər yaxşılaşır, Azərbaycanla münasibətlər isə yüksək səviyyədədir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil