Türkiyədə PKK terror qruplaşmasına qarşı əməliyyatlar davam etdirilir. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, PKK əleyhinə keçirilən hərbi əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı Cudi Dağı bölgəsində 6, Bestler-Dərələr bölgəsində isə 2 terrorçu öldürülüb. Bir terrorçu sağ ələ keçirilib.
Əməliyyat zamanı eyni zamanda çoxlu sayda silah-sursat da müsadirə edilib.
Bitlis Valiliyinin yaydığı açıqlamada isə Hizan rayonunun Uolbilen kəndində "Şəhid Həsən Hüseyn Gül-5 əməliyyatının keçirildiyi bildirilir. Əməliyyat zamanı bir terrorçu öldürülüb.
Modern.az