İtaliyanın xarici işlər naziri Paolo Centiloni Gürcüstanın paytaxtı Tbilisiyə yola düşüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İtaliya XİN-in məlumatında deyilir.
Səfər çərçivəsində nazir Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.
İtaliya xarici işlər idarəsinin məlumatına görə, daha sonra P.Centiloni Azərbaycan və Ermənistana səfər edəcək.
Modern.az