Modern.az

Malidə BMT sülhməramlısı öldürülüb

Malidə BMT sülhməramlısı öldürülüb

7 Noyabr 2016, 01:08

Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasına silahlı hücum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident ölkənin mərkəzindəki Mopti regionunda baş verib.

Məlumata görə, insident nəticəsində 2 dinc sakin və 1 BMT sülhməramlısı həlak olub. Daha 7 əsgər isə yaralanıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11,2 min hərbçi və 1,44 min polis yerləşdirilib. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti də yer alır. 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil