İraqın paytaxtı Bağdadda bir neçə yerdə silsilə terror aktları törədilib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə,partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.
Terror aktları Bağdadın Əl-Beyya, Əl-Hüseyniyyə, Əl-İskan və Bəsmaya rayonlarında törədilib.
Hələlik məsuliyyəti üzərinə heç bir qruplaşma götürməyib.
Ağa AKİFOĞLU