İraq ordusunun komandanlığı İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin Mosulu tərk etdiyini bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq rəsmləri şəhərin ilin sonuna qədər tam azad olunacağını vəd ediblər.
“Əbu Bəkr Əl- Bağdadinin Mosuldan qaçmasını kəşfiyyat xidmətimiz təsdiqləyib. Aviazərbələrdən qorunmaq üçün o 150 ailənin müşaiyəti ilə şəhərdən çıxıb”.
Mosulun azad olunması ilə bağlı əməliyyat oktyabrın 17-də başa çatacaq.
Vüqar İSMAYILOV