Modern.az

Araz Ağalarovun obyektinin partladılması cəhdində rəqiblərindən şübhələnirlər

Araz Ağalarovun obyektinin partladılması cəhdində rəqiblərindən şübhələnirlər

Aktual

7 Noyabr 2016, 16:54

Azərvaycanlı iş adamı Araz Aöalarovun Moskvadakı “Krokus ekspo” mərkəzinə bomba qoyulması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, mərkəzə partlayıcını Ağalarovun rəqibləri qoyublar. Partlayıcının işə düşməsi nəticəsində sərgi salonunun imicinə xələl gələcək və oradakı əmlak sıradan çıxacaqdı.  Müstəntiqlər versiyalarının təsdiqi kimi “Terrorçuluq” yox, daha yüngül maddə ilə cinayət işi açıblar.

Xüsusi xidmətin məlumatına görə, gücü böyük olmayan partlayıcı Aöalarovun rəqibləri tərəfindən “terror altı” görüntüsü yaratmaq niyyətilə qoyulub. Partlayıcını mərkəzə yerləşdirənlər və sifarişçilər hələ ki müəyyənləşdirilməyib. Onların axtarşı fəal rejimdə davam etdirilir.

Ekspertiza artıq müəyyən edib ki, əldəqayırma partlayıcı qurğu “Krokus ekspo”nun ayaqyoluna yerləşdirilib.

Xatırladaq ki, oktyabrın 7-də Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən “Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi