İraq ordusu Mosulun cənubunda kütləvi məzarlıq aşkar edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, kütləvi məzarlıq İŞİD-dən azad olunan Həmmam əl- Əlil şəhərində aşkarlanıb.
Məlumata görə, məzarlıqda başı kəsilən 100 mülkü şəxsin meyiti tapılıb.
Qeyd edək ki, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı davam edir. Əməliyyatda İraq ordusundan başqa kaolisiya qüvvələri, yerli könüllülər və kürd dəstələri iştirak edir.
Modern.az