İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə əməliyyatlar artıq iki həftədir davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu müddətdə ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.
Məlumata görə, öüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb.
Qeyd edək ki, hərbçilərdən ikisi ABŞ-ın "B-52H" təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.
Modern.az