Modern.az

Prezident seçkiləri başladı - Klinton irəlidədir

Prezident seçkiləri başladı - Klinton irəlidədir

8 Noyabr 2016, 11:00

Amerikada prezident seçkiləri artıq start götürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qədim ənənəyə uyğun olaraq Nyu-Hempşir ştatının Diksvil-Notç kəndində ilk seçki məntəqəsi fəaliyyətə başlayıb.

 

Seçicilərin böyük əksəriyyəti Hillari Klintona səs verib. Belə ki, kənd sakinləri Hillari Klintona 4, Donald Trampa 2 və Libertarian partiyasının sədri Hari Consona 1 səs veriblər.

 

Diksil-Norç kəndi 1960-cı ildən bəri prezident seçkilərində ilk səs verən məntəqə hüququnu qazanıb.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil