Modern.az

Xəzərdə neftçi itkin düşüb

Xəzərdə neftçi itkin düşüb

Aktual

8 Noyabr 2016, 15:35

Dərinsulu Günəşli (DSG) platformasında neftçi itkin düşüb. Bu haqda Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, DSG platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşqb. Hadisənin təfərrüatları hazırda araşdırılır.

 

BP öz qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib. 

Qurumdan itkin düşən şəxsin adı açıqlanmayıb. Bildirilib ki, həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılmışlar. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi