Modern.az

Keçmiş döyüşçülərə veteran vəsiqəsi ala bilmələri üçün hüquqi yardım göstərilir

Keçmiş döyüşçülərə veteran vəsiqəsi ala bilmələri üçün hüquqi yardım göstərilir

Aktual

8 Noyabr 2016, 16:46

Müdrüklərdən biri deyib ki, sülhü qorumaq üçün müharibəyə hazır olmalısan. Müharibələr min illər boyu lənətlənsə də, müharibədə iştirak edən insanlara cəmiyyət arasında daim hörmətlə yanaşılıb. Bu qədim dövrlərdə də belə olub, indi də belədir.
Bu təbəqədən olan insanlara sosial qayğının nəzərə carpacaq dərəcədə olması gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksək olmasına gətirib cıxarır.

Dövlətin bu təbəqədən olan insanlara göstərdiyi qayğıdan bəzilərinin faydalana bilməmələrinin səbəblərinin biri də hüquqi savadsızlıqdırr. Hüquqi savadsızlıq həmin insanlar üçün təkcə sosial  çətinliklər deyil, həm də mənəvi-psixoloji sıxıntılar yaradır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Veteran vəsiqəsi və statusu ala bilməyən müharibə iştirakçılarına veteran vəsiqələrinin və müharibə veteranı statusunun alınmasına hüquqi yardım” layihəsini başa vurub. Bu barədə Modern.az-a layihə rəhbəri Vahid Abdurəhmanov bildirib. Qeyd edib ki, layihə 6 ay müddətində icra edilib.

Layihənin icra planına uyğun olaraq Quba, Şamaxı, Ağdaş, İsmayıllı, Göyçay, Tovuz, Qazax, Ağstafa, Bərdə, Tərtər, Beyləqan, İmişli, Lənkəran rayonlarında keşmiş döyüşçülərə marifləndirmə və hüquqi yardımlar güstərilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi