Modern.az

Ermənistanda ölən hərbçilərin ailəsinə 21 min dollar ödəniləcək

Ermənistanda ölən hərbçilərin ailəsinə 21 min dollar ödəniləcək

Aktual

8 Noyabr 2016, 17:09

Ermənistan parlamentində qəbul olunan yeni qanuna əsasən, həlak olan yaxud 1-ci qrup əlil olan şəxslərin ailələrinə 10 milyon dram (21 min dollar) birdəfəlik ödəniş ediləcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2-ci qrup əlillik alan şəxslər isə 5 milyon dram (10,5 min dollar) yardım alacaq.

 

Bundan başqa, həlak olmuş yaxud 1-ci qrup əlillik almış hərbçi zabit olarsa, onun ailəsi ayda 300 min dram (600 dollar), çavuş ailəsi 250 min dram, sıravi əsgər ailəsi isə 200 min dram aylıq müavinət alacaq.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi