Modern.az

Bakıda "Formula-1"in ən baha bileti 520 dollar olacaq

Bakıda "Formula-1"in ən baha bileti 520 dollar olacaq

8 Noyabr 2016, 21:42

"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

"Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək", - deyə Rəhimov bildirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi