Modern.az

Həmsədrlər prezidentlərin yeni görüşü üzərində işləyir

Həmsədrlər prezidentlərin yeni görüşü üzərində işləyir

9 Noyabr 2016, 09:46

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxınlaşması istiqamətində fəaliyyətini davam etdirir”.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda jurnalistlər qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmsədrlər hər iki ölkənin XİN başçıları və Prezidentlərinin yeni görüşləri üzərində işləyir.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll oluna bilər.


Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi