Modern.az

Dünya fond birjaları çökdü, neft ucuzlaşdı

Dünya fond birjaları çökdü, neft ucuzlaşdı

Dünya

9 Noyabr 2016, 12:31

Dünyanın qlobal fong birjaları ABŞ seçkilərində Donald Trampın qalib gəlməsi fonunda əsaslı çöküş yaşayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dow Jones indeksi 3,5%, S&P 500 4,26 və Nasdaq 4,1% geriləyib.

 

Asiya fond birjaları da günü xeyli zərərlə başa vurub. Brent markalı neft 1,5 dollar dəyər itirərək 44,6 dollara, WTI markalı neft isə 3% ucuzlaşıb və 43,60 dollara çatıb.

 

Ekspertlər ehtimal edir ki, Trampın qələbəsi dolların əsas valyutalara (yapon ienası və Kanada dolları) qarşı ciddi ucuzlaşmasına və inkişaf etməkdə olan ölkələrin valyutasına qarşı isə ciddi bahalaşmasına səbəb olacaq.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil