ABŞ-da keçirilən prezident seçkisində qalib gələn Respublikaçılar Partiyasının namizədi Donald Trampı dünya liderləri təbrik etməkdə davam edir.
Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqil Sənaye və İşadamları Dərnəyinin iclasında Trampın seçilməsinə münasibət bildirib.
O qeyd edib ki, öz şəxsi, Türkiyə xalqı adından ABŞ vətəndaşlarının seçiminin xeyirli olacağına inanır.
“Mən ümid edirəm ki, onları uğurlarla bol olan günlər gözləyir. Bu seçimdən sonra Amerikada yeni bir dövr vaşlayır. Ümid edirəm ki, ABŞ xalqının bu seçimi dünyaya demokratiya, sülh üçün əsl töhfə olacaq”-deyə o bildirib.
Bu arada Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Şimkiv bəyan edib ki, rəsmi Kiyev Donald Trampla əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də Trampı təbrik edib.
Aqşin Kərimov