Modern.az

XİN separatçıların London təxribatı ilə bağlı araşdırmaya başladı           

XİN separatçıların London təxribatı ilə bağlı araşdırmaya başladı           

10 Noyabr 2016, 16:35

Noyabrın 8-10-da Londonda “WTM-216” beynəlxalq sərgisi keçirilib. Beynəlxalq turizm sərgisi hər il 180 ölkədən 5 min turizm şirkəti və 50 min ziyarətçi cəlb edir. Sərgidə Ermənistanı və işğal altındakı Dağlıq Qarabağ ərazisini təmsil edən 3 şirkətdə iştirak edib.

 

Məsələ ilə bağlı Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Hikmət Hacıyev deyib ki, məsələni Londondakı səfirliyimiz vasitəsilə araşdırdıq.

“Həmin sərgidə Ermənistan Respublikası iştirak edir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qondarma rejimin turizm sərgisində  iştirakı barədə isə məlumat yoxdur”.

 

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, istisna deyil ki, təxribat məqsədilə  düşmən, Ermənistan stendi altında qondarma rejimi də təmsil etməyə çalışırlar.

 

H.Hacıyev bildirib ki,  amma yenə də bu məsələ bizim Londondakı diplomatik nümayəndəliyimizin diqqətindədir.

“Səfirliyimiz də bu kimi hallar baş verdiyi təqdirdə bu sərginin təşkilatçılarına məlumat verir və onların qarşısının alınmasına çalışır”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi