TuranBankın Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib. Modern.az-ın məlumatına görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Nazim Sadıqov Müşahidə Şurasına üzv seçilib, 2011-ci ildən Bankın Müşahidə Şurasının üzvü işləmiş Rauf Kazımov isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarı ilə digər dəyişiklik Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyinat olub. Belə ki, 2006-cı ildən İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Fəzail Musayev birinci müavini vəzifəsinə gətirilib.
Bank sahəsində böyük təcrübəyə malik olan Nazim Sadıqov və Rauf Kazımov TuranBankın qabaqcıl maliyyə institutlarından birinə çevrilməsində mühüm rol oynamaqda davam edəcəklərini bildiriblər.
Modern.az