Qubada atasını qətlə yetirən oğul saxlanılıb. Modern.az saytı xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan Sərxan Heydərov istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
21:08
Quba rayonunda ağır qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, aralarında yaranmış münaqişə səbəbindən oğul atasına bir neçə bıçaq zərbəsi endirib. Hadisə yerinə "Təcili tibbi yardım" maşını gəlsə də, həkimlər onun xilas edə bilməyiblər.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Modern.az