Modern.az

Qarabağ separatçılarının lideri Trampa yaltaqlandı

Qarabağ separatçılarının lideri Trampa yaltaqlandı

11 Noyabr 2016, 10:51

Qarabağ separatçılarının lideri Bako Saakyan ABŞ-ın yeni prezidenti Donald Trampa yarınmaq üçün  məktub yazıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məktubda separatçı qurum lideri Trampı prezident seçilməsi münasibətilə təbrik edib və Qarabağ münaqişəsinin həllində ondan yardım istəyib.

 

“Qarabağ xalqı Amerikanı dost ölkə kimi qəbul edir”-deyə Trampa yaltaqlanan Saakyan rəsmi Vaşinqtonun onlara illik maliyyə yardımı ayırmasına ümid etdiyi də yazıb.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi