Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan cəsəd çıxarılıb.
"BP-Azerbaijan" şirkətindən Modern.az-a verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılıb.
Cəsəd sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Modern.az