Modern.az

İran 130 milyard dollarlıq yeni neft sazişi imzalayır

İran 130 milyard dollarlıq yeni neft sazişi imzalayır

Dünya

12 Noyabr 2016, 23:10

İran beynəlxalq neft şirkətləri ilə  130 mlrd. dollar dəyərində 11 saziş imzalamaq niyyətindədir. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Əmir Zamani Niyyə bildirib. 

 

Onun sözlərinə görə, İran hazırda Fransanın “Total” neft şirkəti ilə  “Cənubi Fars” yatağı üzrə “17-ci Faza” layihəsinin reallaşdırılmasına dair yekun sazişin imzalanmasına dair danışıqlar aparır.  Bu sazişin dəyəri 4,7 mlrd. dollar təşkil edir.

 

“Bundan başqa, İran Britaniyanın  “Shell” və “British Petroleum”, habelə, Rusiya və Çin neft şirkətləri ilə danışıqlar aparır. Tehran bu layihələrə böyük önəm verir”, - deyə nazir müavini əlavə edib.   

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?