Bu gün Türkiyə milli komandası 2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Modern.az saytı xəbər verir ki, qardaş ölkə komandası bu dəfə Kosova yığması ilə üz-üzə gəlib. Ay ulduzluların qələbə toplarını Burak Yılmaz və Volkan Şən vurub. Bu qollar sayəsində Türkiyə millisi Kosovo yığması üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Modern.az