Modern.az

OPEK ekspertləri ayın sonu yenidən bir araya gələcək

OPEK ekspertləri ayın sonu yenidən bir araya gələcək

Dünya

13 Noyabr 2016, 00:24

Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında  görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novakın məlumatına görə, görüşün konkret tarixi dəqiqləşdirilir. 

Aleksandr Novakın sözlərinə görə, Rusiya da həmin məsləhətləşmələrdə iştirak edəcək: “Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər”.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil