Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda düşmənin əsgərlərindən biri də ölüb.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə bu gecə saat 02:15-də Qarabağın cənub hissəsindəki hərbi hissələrdən birində qeydə alınıb.
Erməni tərəfinin iddiasına görə, 21 yaşlı hərbçi Vardan Arakelyan ölümcül güllə yarası alıb.
Onun hansı şəraitdə güllələndiyi hələ ki açıqlanmır.
Qeyd edək ki, Ermənistan və Qarabağdakı separatçı rejim çox dəfə erməni hərbi birləşmələrində daxili çəkişmə nəticəsində baş verən itkiləri də Azərbaycan tərəfinin boynuna yıxmağa cəhd göstərir.
Modern.az