Çinin tanınmış aktyoru və rejissoru Ceki Çan kinematoqrafiyaya xidmətlərinə görə “Oskar” mükafatına layiq görülüb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Los-Ancelesdəki Hollywood and Highland Center əyləncə kompleksindəki mərasimdə bütün dünyada şərq döyüşü üzrə populyar olan sənətkar kinematoqrafiya sahəsindəki davamlı karyerasına baxmayaraq, bu prestijli mükafatı alacağını düşünmədiyini vurğulayıb.
62 yaşlı məşhur aktyor “Sərxoş usta” (1978-ci il), “Zirehli Allah” (1986-cı il), “Pik saatı” (1998-ci il), “Şanxay cəngavərləri” (2003-cü il) və digər çoxsaylı filmlərdə çəkilib.
“Forbes”in məlumatına görə, Ceki Çan ən yüksək gəlir əldə edən dünya aktyorlarının reytinqində ikincidir.
Modern.az