Modern.az

Bağdadda yeni partlayış: 2 ölü, 12 yaralı

Bağdadda yeni partlayış: 2 ölü, 12 yaralı

13 Noyabr 2016, 17:19

Bu gün Bağdad şəhərinin müxtəlif rayonlarında beş partlayış törədilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “ Alsumaria” telekanalı məlumat yayıb.

 

Partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb. İraq paytaxtının Sədr rayonunda yola quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində 3 mülki şəxs yaralanıb. Məhəmməd al-Kasem avtomagistralında mikroavtobusda törədilən partlayışda 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Üçüncü partlayış Bağdadın aş-Şabab rayonunda avtobusda törədilib. Nəticədə 4 nəfər yaralanıb. Al-Obeydi rayonunda törədilən partlayışda isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

“Al Jazeera” telekanalı isə öz növbəsində 4 nəfərin öldüyü, 12 nəfərin yaralandığı barədə məlumat yayıb. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI