Bu gün Yeni Zelandiya sahillərində zəlzələ olub. Modern.az saytı baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, 7,5 ballıq zəlzələ Amberli şəhərindən 63 km şərqdə, Kraystçerç şəhərindən 93 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb. Sunami paytaxt Vellinqton və Kaslpoynt rayonu sahillərində müşahidə edilir. Hazırda sunami dalğalarının hündürlüyü 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib.
Məlumata görə, əhalinin hündür, təhlükəsiz yerlərə getməsi tövsiyyə edilib. Əhali paytaxt Vellinqtonu tərk edir.
Modern.az