Modern.az

Əflatun Amaşov: "4000-dən çox qəzet qeydiyyatdan keçib, amma 30-u çıxır"

Əflatun Amaşov: "4000-dən çox qəzet qeydiyyatdan keçib, amma 30-u çıxır"

Qarabağ

2 Mart 2011, 11:43

Bu gün Bakıda Beynəlxalq Jurnalistlər Federasiyası ilə Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ), Demokratik Jurnalistlər Liqası, Beynəlxalq Avrasiya Mətbuat Fondu,  “RUH” Jurnalistlərin Müdafiəsi Komitəsinin daxil olduğu “Söz azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”nın birgə təşkilatçılığı ilə “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffafıq” mövzusunda beynəlxalq konfransa start verilib.
Modern.az saytının məlumatına görə, konfrans iki gün davam edəcək.
Tədbir Mətbuat Şurasının sədri Əflatun Amaşovun giriş sözü ilə açılıb. O, çıxış edərək Azərbaycan mətbuatının hazırki durumu haqda danışıb. Ə.Amaşov bildirib ki, jurnalistika çətin olduğu kimi həm də çox məsuliyyətli peşədir. O, çıxışı zamanı Azərbaycanda öldürülən jurnalistlərin barəsində ölkəmizə təşrif buyuran qonaqlara məlumat verib. Daha sonra “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun ölümünün ildönümü bir dəqiqəlk sükutla anılıb.
Ə.Amaşov Azərbaycanda 4000-dən çox qəzet, 30-dan çox informasiya agentliyinin qeydiyyatdan keçdiyini bildirib.
“Qeydiyyatdan keçən bu mətbu orqanlarının heç də hamısı fəaliyyət göstərmir, bunlardan yalnız 30 qəzet nəşr olunur. Ümumilikdə isə ay ərzində 250 qəzet nəşr edilir. Bizdə işıq üzü görən jurnalların böyük əksəriyyəti əyləncə, şou-biznes sahəsində formalaşıb”.

Daha sonra konfransda Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money Kyrle çıxış edərək Azərbaycan mediası ilə əməkdaşlıqdan danışıb.
“Azərbaycanda mediası nədənsə iqtidar və müxalifət cəbhələrinə bölünmüş formada fəaliyyət göstərir. Bu da heç də bizim istədiyimiz nəticə deyil. Biz çalışırıq bu baxımdan peşəkar medianın qurulması istiqamətində öz səylərimizi göstərək”

Tədbirdə daha sonra KİV-in İnkişafında Dövlət Döstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsiçisi Fuad Hüseynov çıxış edərək mediada şəffaflıqın təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar.

Anar Rüstmov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...