Argentinada 6,2 bal gücündə zəlzələ olub. Modern.az saytı xəbər verir ki, yeraltı təkanların episentri Çili ilə sərhəddə yerləşən La-Rioxa əyalətində Çilesito departmentindən 26 km. şimalda yerləşib. Yeraltı təkanlar yerin 100 km. dərinliyində qeydə alınıb.
Qeyd edək ki, ölkənin şimal-şərqində baş verən zəlzələ zamanı dağıntı və tələfat barədə, hələ ki, məlumat verilməyib.
Modern.az