Türkiyədə dəniz donanmasının 168 zabiti və 123 kiçik zabiti iyulda hərbi çevrilişə cəhdlə əlaqədar xidmətdən uzaqlaşdırılıb. 15 zabit və 4 kiçik zabit isə vəzifədən azad edilib. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı “Reuters” bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayıb.
Məlumata görə, hərbi çevrilişə cəhddən bəri 110 mindən çox hakim, müəllim, polis və dövlət qulluqçusu ya işdən uzaqlaşdırılıb, ya da vəzifədən azad edilib.
36 min nəfər isə həbs olunub.
Bundan başqa, iyuldan bəri tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində Türkiyədə 130-dan çox media qurumu bağlanıb.
Modern.az