Modern.az

Sumqayıtda üç piyada vurulub

Sumqayıtda üç piyada vurulub

13 Noyabr 2016, 21:49

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Azvision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil "Opel"ə çırpılıb. İdarəetməni itirən maşın yol kənkarında gedən piyadaları vurub.

 

Hadisə nəticəsində 3 qadın ağır yaralanıb. Onlardan birinin hamilə olduğu bildirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi