Modern.az

Şirvanda ölən şəxsin kimliyi məlum olub

Şirvanda ölən şəxsin kimliyi məlum olub

13 Noyabr 2016, 23:03

Bu axşam Şirvan şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi  saat 21.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

 

Şirvan sakini, 1979-cu il təvəllüdlü Qarayev Şahin Zülfəli oğlu idarə etdiyi  “VAZ 2106”  markalı 18 BC 568 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1939-cu il təvəllüdlü Hüseynova Gülnaz Kərim qızını yolu keçərkən vurub.

 

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı  Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb,  araşdırma aparılır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi