Ağstafa rayonunda qətl hadisəsi baş verib. "Report"un məlumatına görə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur. Hadisənin kim tərəfindən törədildiyi və hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Modern.az