Modern.az

Qarabağda ermənilər arasında atışma - ölən var

Qarabağda ermənilər arasında atışma - ölən var

Dünya

14 Noyabr 2016, 11:11

Qarabağda erməni əsgərinin ölümü ilə nəticələnən silahlı insident baş verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki,  hadisə Cəbrayıl istiqamətində Azərbaycan ordusu ilə üzbəüz yerləşən düşmən postlarının bir-birilə atışması nəticəsində baş verib.

 

Noyabrın 13-də gecə saat 02:15-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda 21 yaşlı əsgər Vardan Arakelyanın ölməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Dünən yayılan məlumatda Vardan Arakelyanın naməlum şəraitdə, hətta guya Azərbaycan ordusunun atəşkəs rejimini pozması nəticəsində ölümcül güllə yarası aldığı da iddia edilirdi.

 

Bu azmış kimi, Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Arakelyanı tez-tələsik ölümündən sonra “Döyüş xidmətinə görə” medalı ilə təltif etmişdi.

 

Sən demə, Arakelyanın ölümü Ermənistan ordusundakı dərəbəyliyin növbəti sübutudur.

 

İstintaq zamanı müəyyən olunub ki, Vardan Arakelyan postda dayanarkən növbətçilik qaydalarının pozulması nəticəsində güllələnib. Kiçik cavuşun digər postdan açılan atəş nəticəsində öldüyü təsdiqlənib.

Belə ki, rəsmi məlumata görə, döyüş mövqelərindən birində yerləşən kiçik çavuş tabeliyindəki silahla qonşu postda növbə çəkən pulemyotçu Vardan Arakelyana atəş açıb və onu öldürüb.

 

Faktla bağlı adı açıqlanmayan çavuş gözaltına alınıb.

 

Xatırladaq ki, işğal olmuş torpaqlarda yerləşən erməni ordusunda hərbi intizamın və döyüş ruhunun aşağı olması tez-tez silahlı insidentlərə səbəb olur.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil