“Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər sadəcə şayiədir”.
Modern.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, universitetin müvafiq maddi texniki bazası yaradılacaq:
“Yeni rektor təyin olunacaq. Tədris planları hazırlanacaq. 2017/2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır. Universitetin hansı ünvanda yerləşəcəyi ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər hazırlanır”.
Ağa AKİFOĞLU