Modern.az

Novruz Məmmədovdan keçmiş səfirə MESAJ: “Cənab Kozlariç...”

Novruz Məmmədovdan keçmiş səfirə MESAJ: “Cənab Kozlariç...”

14 Noyabr 2016, 12:19

 

“Cənab Kozlariç, Azərbaycan Silahlı Qüvvələri öz torpağında təlimlər keçirir”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçə yönəlik mesajında bildirib:

 

“Amma Ermənistan 45 minlik hərbçisi ilə işğal altında olan Ağdamda təlimlər keçirəndə heç danışmadınız. Bu tipli yanaşmaları hətta seçilmiş prezident cənab Tramp da ikili standart hesab edir”.

 

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi